AZ

Şəmkir kənd təsərrüfatı məhsullarının həcminə görə ölkənin ən çox böyük aqrar rayon statusunu qoruyub saxlayıb

Şəmkir rayonu kənd təsərrüfatı məhsullarının həcminə görə 2024-cü ildə respublikda birinci olub.

FED.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsi tərəfindən “Azərbaycanın kənd təsərrüfatı” adlı statistik məcmuədə 2024-cü il üzrə kənd təsərrüfatının ümumi məhsulu, əsas növ kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, məhsul istehsalı və məhsuldarlığı, mal-qara və quşların sayı barədə statistik məlumatlar verilib.

Sevindirici haldır ki, 2023-cü ildə olduğu kimi 2024-cü ildə Şəmkir rayonu kənd təsərrüfatı məhsullarının həcminə görə respublikada 1-ci yerdə qərarlaşmaqla ən böyük aqrar rayon ünvanını qoruyub saxlamışdır.

Məlumat üçün bildiririk ki, 2024-cü ildə rayonda 795 559,6 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bunun 643 130,3 min manatı bitkiçiliyin, 152 429,3 min manatı heyvandarlığın payına düşüb.

Statistik göstəricilərlə aşağıdakı linkdə ətraflı tanış olmaq mümkündür.  

https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/agriculture_2025.pdf    

 

Seçilən
20
fed.az

1Mənbələr