AZ

Türkiyə parlamentinin sədri yeni Konstitusiyanın qəbul edilməsinə çağırdı

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş yeni Konstitusiya qəbul etməyə çağırıb.
Teleqraf xəbər verir ki, spiker hazırkı Konstitusiyanın 1982-ci ildə hərbi çevriliş nəticəsində qəbul olunduğunu bildirib.
Kurtulmuş yeni vətəndaş Konstitusiyanı Türkiyə üçün çox lazımlı sənəd kimi qiymətləndirib.

Türkiyə parlamentinin sədri 12 Sentyabr 1980-ci il hərbi çevrilişinin 45-ci ildönümü ilə əlaqədar sosial şəbəkədə paylaşdığı mesajda qeyd edib: “Qiyamçıların acı təcrübəsini unutmayacağıq və bunun bir daha baş verməsinə icazə verməyəcəyik”.

Kurtulmuş 1980-ci ilin sentyabr hadisələrini Türkiyədə demokratiya, hüquq və ictimai sülhə “böyük xəyanət” adlandırıb.

Spiker hazırkı Türkiyə hakimiyyətinin birliyi və demokratik təsisatları gücləndirmək səylərinə də diqqət çəkib.
Seçilən
18
3
sherg.az

4Mənbələr