AZ

Aİ Rusiyaya qarşı şəxsi sanksiyalarını uzatdı

Sentyabrın 12-də Avropa İttifaqı Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyan Rusiya Federasiyasından olan şəxslərə və təşkilatlara qarşı şəxsi sanksiyaları uzadıb.

Turkustan.az xəbər verir ki, bu barədə X şəbəkəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
"Biz indicə Rusiyaya qarşı sanksiyalarımızı uzatdıq . Eyni zamanda, 19-cu paket üzərində işi yekunlaşdırırıq - Rusiya neftinin, kölgə neft tankerlərinin və banklarının satışına əlavə məhdudiyyətləri nəzərdən keçiririk", - Kallas bildirib.

O əlavə edib ki, Aİ Rusiyanın Ukraynaya qarşı müharibəsini davam etdirmək üçün pula çıxışını əngəlləməkdə davam edəcək.
Şəxsi sanksiyaların uzadılması ilə bağlı rəsmi press-reliz hələ dərc edilməyib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
7
turkustan.az

1Mənbələr