AZ

Badara kəndinə yola salınan köç ünvana çatdı - FOTO

Sentyabrın 12-də doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Badara kəndinə çatıb.

Redaktor.az xəbər verir ki, bu mərhələdə köçürülən 55 nəfərdən ibarət 14 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Badara kəndində daimi yaşayış üçün köçürülən ailələrə fərdi yaşayış evlərində mənzillər verilib.

2222
Seçilən
14
3
redaktor.az

4Mənbələr