Fransada 104 deputat ölkə prezidenti Emmanuel Makronun impiçmenti haqqında qanun layihəsini imzalayıb.
Doğru.az xəbər verir ki, bu barədə parlamentdəki solçu “Unbowed France” partiyasının lideri Matild Pano məlumat verib.
“Əzilməmiş Fransadan olan 104 deputat, ekoloq və kommunist partiyalar respublika prezidentinin impiçmenti üçün təklif imzalayıblar. Makron getməlidir”, – deyə o, sosial şəbəkədə yazıb.
Pano hadisəni “tarixi” adlandırıb.
Xatırladaq ki, sentyabrın 9-da solçu “France Unbowed” partiyası Makronun hakimiyyətdən uzaqlaşdırılması təşəbbüsünü parlamentə təqdim etmişdi.
DOĞRU.AZ