AZ

Azərbaycan-Belarus Əczaçılıq Sektorunda Yeni Əməkdaşlıq Perspektivləri (FOTO)

Bakı. Trend:

Bu gün, Belarusun Azərbaycan Respublikasındakı Səfirliyinindəstəyi, bilavasitə cənab səfir Dmitri Pineviçin rəhbərliyi iləBelarus Respublikasının əczaçılıq sektoru nümayəndə heyətiAzərbaycanda bərk dərman formalarının tam istehsal dövrünü həyatakeçirən, tədqiqat və təkmilləşdirmə əsasında fəaliyyət göstərən ilkyüksək texnologiyalı əczaçılıq zavodu olan Scandens PharmaceuticalIndustry-ə baş çəkmiş və şirkətin rəhbər heyəti iləgörüşmüşdür.

Heyətdə Belarus Respublikasının əczaçılıq sektorunu təmsil edən,Belpharmprom holdinqi nəzdində fəaliyyət göstərən Borimed (BorisovMedical Preparations Plant), Exzon, Minskintercaps vəBelmedpreparaty şirkətlərinin rəhbər və nümayəndələri iştiraketmişdir.

Səfər çərçivəsində tərəflər əczaçılıq sahəsində əməkdaşlıqimkanlarını, xüsusilə dərman vasitələrinin lokalizasiyası vəgələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Görüşün nəticəsi olaraq müəssisələr qarşılıqlı əməkdaşlığın dahada genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, eləcədə Azərbaycan əczaçılıq bazarının inkişafına və keyfiyyətli məhsultəminatına dəstək verəcək uzunmüddətli təşəbbüslərin həyatakeçirilməsi barədə razılığa gəliblər.

Azərbaycan-Belarus
Azərbaycan-Belarus
Seçilən
98
az.trend.az

1Mənbələr