AZ

Gürcüstanda Ukrayna kəşfiyyatı ilə bağlı qalmaqallı HƏBSLƏR

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkəyə gətirilən partlayıcı maddə ilə bağlı sensasion açıqlama yayıb.

Musavat.com xəbər verir ki, qurumun məlumatına görə, partlayıcı maddə sürücüyə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları tərəfindən verilib və Tiflisin Avlabari rayonundakı yaşayış binasına çatdırılması planlaşdırılıb.

Hadisə ilə bağlı iki Ukrayna vətəndaşı saxlanılıb. Onlardan 2,4 kiloqram heksojen götürülüb, həmçinin birində kokain aşkarlanıb. Onlara qarşı partlayıcı maddələrin qanunsuz dövriyyəsinə görə 9 ilə qədər azadlıqdan məhrumetmə, narkotik ittihamları üzrə isə 20 ildən ömürlük həbs cəzası tətbiq oluna bilər.

DTX ehtimal edir ki, bu məsələ yaxınlaşan Gürcüstan seçkiləri və radikal qruplaşmaların fəaliyyəti ilə bağlı ola bilər.

Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr