AZ

Aİ Rusiya və Belarus nümayəndələrini çağırır

Oxumeni.az saytından alınan məlumata görə, ain.az bildirir.

Aİ Rusiya və Belarus nümayəndələrini çağırır

Avropa İttifaqı Rusiya pilotsuz təyyarələrinin Polşa ərazisinə “qəsdən və təhlükəli” müdaxiləsinə etiraz etmək üçün Rusiya və Belarus nümayəndələrini Brüsselə çağırıb. Bu barədə cümə günü AFP-yə Aİ nümayəndəsi bildirib. Onun sözlərinə görə, Rusiya və Belarus nümayəndələri bir gün əvvəl, cümə axşamı çağırışla gəliblər.

"Biz açıq şəkildə bildirdik ki, bu ehtiyatsız hərəkət Rusiya tərəfindən ciddi eskalasiyadır və Aİ vətəndaşlarının təhlükəsizliyinə birbaşa təhdiddir", - nümayəndə bildirib.

Daha əvvəl bildirilmişdi ki, bir sıra Aİ dövlətləri Polşa ərazisinə pilotsuz təyyarə hücumu ilə əlaqədar Rusiya diplomatlarını ayrı-ayrılıqda xarici işlər nazirliklərinə çağırıblar.

Əziz Mustafa

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
oxumeni.az

2Mənbələr