Paytaxtda balıq yarmarkası fəaliyyətə başlayıb.
“APA-Economics” bildirir ki, yarmarka şəhərin Nəsimi rayonunda Keşlə Balıq Bazarı (3-cü mikrorayon dairəsi yaxınlığı) ərazisində təşkil olunub.
3 gün davam edəcək yarmarkada dünyanın müxtəlif bölgələrindən gətirilən, eləcə də Xəzər dənizindən tutulan balıq və digər dəniz məhsulları alıcılara təqdim edilir.