AZ

Yanvar-avqust aylarında 234 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-avqust ayları ərzində daşınmaz əmlak üzərində 233.943 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 43.362-si (18,5 %) ilkin, 190.581-i (81,5 %) isə təkrar qeydiyyatın payına düşüb.

2025-ci ilin yanvar-avqust ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 44.199, mənzil – 59.983, torpaq sahəsi – 121.147, qeyri-yaşayış binası – 1.993, qeyri-yaşayış sahəsi – 6.067, əmlak kompleksi – 461, çoxmərtəbəli yaşayış binası – 90 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 66.249-u Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-avqust ayları ərzində 165.899 texniki pasport tərtib edilib, 38.889 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Seçilən
20
3
vergiler.az

4Mənbələr