AZ

“Zəngəzur mahnısı” klipi ictimaiyyətə təqdim edilib - VİDEO - FOTO

"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi Qərbi Azərbaycan mövzusunda yeni musiqi əsəri - "Zəngəzur mahnısı"nı ictimaiyyətə təqdim edib. Mahnının ideya müəllifi tanınmış vokal ifaçısı, Əməkdar artist Ramil Qasımovdur.

Musiqi əsəri üzərində peşəkar komanda çalışıb. "Zəngəzur mahnısı"nın sözlərini yazan Şahin Musaoğlu dillər əzbəri olan mahnıların müəllifidir. Əsərin bəstəkarı tanınmış sənətkar, Əməkdar artist Vüqar Camalzadədir.
Mahnının ruhuna uyğun olaraq onu görkəmli sənətkarlar - Xalq artistləri Mübariz Tağıyev, Tünzalə Ağayeva, Əməkdar artistlər Ramil Qasımov, Aybəniz Haşımova, Samirə Əliyeva, Ehtiram Hüseynov və İlkin Dövlətov birlikdə ifa edib. Balaban zurnanı Fəqan Rəhmanoğlu dilləndirib. Layihədə səs rejissoru Əməkdar incəsənət xadimi Faiq Babayev, prodüser Riad Quliyevdir. Layihənin koordinatoru Fərqanə Cabbarovadır.

Tədbirdə "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin sədri, layihə rəhbəri, Əməkdar artist Ramil Qasımov və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyevanın çıxış etdi. 

"Zəngəzur mahnısı" mədəni-tarixi irsimizin təbliği, milli yaddaşın gücləndirilməsi və Azərbaycanın qarşıdakı milli hədəfinin incə, estetik dillə musiqidə ifadəsidir.

Qərbi Azərbaycana qayıdış kimi ülvi arzunu tərənnüm edən əsər "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin ilk işidir. Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

Klipin çəkilişləri Şərqi Zəngəzurun füsunkar təbiətə malik Laçın, Qubadlı və Zəngilan rayonlarında aparılıb.
Bir müddətdir ki, radiolarda səsləndirilən bu əsərin ekran həllini bu gündən etibarən televiziya kanallarında da görmək mümkün olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
25
6
milli.az

9Mənbələr