AZ

İmamoğlunun məhkəməsi keçirilir - VİDEO

Bu gün İstanbul Böyük Şəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu Silivridə yenidən hakim qarşısına çıxarılıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən Türkiyə mediasına istinadən xəbər verir ki, bu İmamoğlu barəsində “rəsmi sənədlərdə saxtakarlıq” ittihamları üzrə ilk məhkəmə prosesidir.

Prosesə sabiq merin tələbə yoldaşları, eləcə də ailə üzvləri də qatılıb. Onun məhkəmə zalına girişi alqışlarla qarşılanıb.

Sözügedən ittihamlar üzrə Ə.İmamoğlunun 8 il 9 aya qədər həbs edilməsi tələb olunur. Bir neçə ay əvvəl isə eks-merin bakalavr və magistr pilləsi diplomları ləğv edilmişdi. 

Bundan əvvəl, İmamoğlu barəsində İstanbul baş prokuroru Akın Gürlek haqqında söylədiyi fikirlərə görə davam etdirilən məhkəmə işində hökm oxunub və ona 1 il 8 ay həbs cəzası verilib.

Xatırladaq ki, martın 23-də Ə.İmamoğlu haqda İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs qərarı verilib. Daha sonra, Türkiyə Daxili İşlər Nazirliyi merin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

"Cebheinfo.az" 

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr