AZ

İspaniyada ilk yeni nəsil freqat suya salınıb

Sentyabrın 11-də Ferroldakı Navantia gəmiqayırma zavodu İspaniya Hərbi Dəniz Qüvvələri üçün ilk F-110 sinifli “Bonifas” freqatını suya buraxıb.

Herbiand.az bildirir ki, mərasimdə İspaniyanın Baş naziri Pedro Sançes və Əlahəzrət Kraliça Sofiya iştirak ediblər.

Tədbirdə Müdafiə Qərargahının rəisi admiral Teodoro Lopez Kalderon, Hərbi Dəniz Qüvvələrinin rəisi, admiral Antonio Pineyro və Navantia zavodunun rəhbəri Rikardo Dominqes də daxil olmaqla mülki və hərbi orqanlar iştirak ediblər. Həmçinin, 5000-ə yaxın insan, əsasən Navantia işçiləri ailələri ilə, eləcə də tərəfdaş şirkətlərin əməkdaşları da iştirak edib.

Freqatının tikintisinə 2022-ci ilin aprelində başlanılıb, təhvil verilməsi isə 2028-ci ildə gözlənilir. Ümumilikdə, 5 yeni nəsil freqatın təhvil verilməsi planlaşdırılır.

F-110 sinifli freqatların gövdəsinin uzunluğu 145 metr, eni 18 metrdir. Ekipaj 150 nəfərdir.

Freqatların SM-2 və ESSM daxil olmaqla müxtəlif tipli zenit raketlərinin istifadəsi üçün 16 hüceyrəli Mk.41 şaquli buraxılış sistemləri ilə təchiz edilməsi planlaşdırılır. Bundan əlavə, silahlanmaya İtaliyanın Leonardo qrupundan 127 mm-lik artilleriya qurğusu, 30 mm-lik artilleriya sistemləri və 12,7 mm-lik pulemyotlar, Norveçin Konsberg şirkətinin NSM gəmi əleyhinə raketləri və 324 mm-lik torpedo boruları daxildir.

Göyərtəyə çoxfunksiyalı SH-60 “Seahawk” və ya NH-90 helikopteri yerləşdirmək mümkün olacaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
14
herbiand.az

1Mənbələr