Ermənistan “Qərb-2025” hərbi təlimlərində iştirakdan imtina edib.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiya və Belarus “Qərb-2025” birgə hərbi təlimlərinə KTMT, ŞƏT və digər tərəfdaş ölkələrin qoşunlarını dəvət edib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan isə Ermənistanın bu təlimlərdə iştirak etməyəcəyini təsdiləyib. /Cebheinfo.az/