AZ

“Paşinyanın impiçmenti mümkün deyil” “Bu çağırışlar xalqa qarşı ağır cinayətdir”

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ermənistanın eks-prezidenti Serj Sarkisyanın Baş nazir Nikol Paşinyanın impiçmenti ilə bağlı çağırışları hüquqi baxımdan əsassızdır.

Bu fikirləri “AzPolitika.info”ya açıqlamasında hüquqşünas və siyasi ekspert Polad Mehdiyev bildirib.

Xatırladaq ki, Serj Sarkisyan məhkəmə iclası öncəsi jurnalistlərin suallarını cavablandırarkən hakimiyyətə qarşı açıq çağırışlarla çıxış edib. O, ölkədə rejim dəyişikliyinin aktuallığını vurğulayaraq impiçmentin əsas yol olduğunu qeyd edib. Sarkisyan həm Nepalda hökumətin devrilməsini, həm də Fransadakı iğtişaşları misal çəkərək Ermənistan xalqını hakimiyyətə qarşı ayaqlanmağa səsləyib.

Polad Mehdiyevin sözlərinə görə, Ermənistan Konstitusiyasına əsasən, Baş nazirə qarşı impiçment proseduru nəzərdə tutulmayıb: “İmpiçment yalnız prezidentə tətbiq edilə bilər. Baş naziri vəzifədən uzaqlaşdırmağın yeganə yolu parlamentdə etimadsızlıq səsverməsi və ya seçkilərdə məğlubiyyətdir. Hazırkı parlamentdə isə 107 deputatdan 71-i Paşinyanın partiyasının üzvüdür. Müxalifət etimadsızlıq təşəbbüsü qaldırmaq üçün zəruri olan 36 səsi belə toplaya bilmir. Bu səbəbdən Sarkisyanın çağırışları yalnız siyasi ritorikadır”.

Ekspert əlavə edib ki, beynəlxalq konvensiyalar və Ermənistan Konstitusiyasına görə, hakimiyyəti qeyri-legitim yollarla ələ keçirməyə çağırış xalqa qarşı ən ağır cinayət sayılır.

Polad Mehdiyev hesab edir ki, Ermənistan hökuməti Azərbaycanla sülh imzalamaqla ölkəni müstəqil və suveren bir dövlətə çevirməyə çalışır: “Tarixin heç bir dövründə Ermənistan tam müstəqil dövlət olmayıb. Sərhədlərini və gömrüyünü Rusiya qoruyub, iqtisadiyyatı isə tam asılı vəziyyətdə olub. Paşinyan isə Azərbaycanla sülhə nail olmaqla müstəqillik kursu götürüb. Bu isə Moskvanı və bəzi xarici gücləri qane etmir. Sarkisyan kimi fiqurlar həmin dairələrin əlində alət rolunu oynayır”.

Rasim

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
azpolitika.info

1Mənbələr