AZ

Rusiya-Ukrayna danışıqları dayandırıldı

BAKI, 12 sentyabr. TELEQRAF

“Hazırda Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb”.

Teleqraf xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Bununla belə, o, danışıqlar aparan qruplar arasında əlaqə kanallarının olduğunu bildirib.

“Kommunikasiya kanalları var. Tərəflərin bu kanallar vasitəsilə əlaqə saxlamaq imkanı var, amma hələlik, ola bilsin, fasilə haqqında danışmaq daha məqsədəuyğun olardı”, - Kreml nümayəndəsi qeyd edib.

Seçilən
25
teleqraf.com

1Mənbələr