AZ

Taksi şirkətlərindən birindən hava limanına giriş qadağası məsələsi ilə bağlı AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən bəzi taksi şirkətlərinə qadağa qoyulacağı, faktiki çalışanların isə qiymətləri artıracağı ilə bağlı məlumatlar yayılır.
Bəs görəsən, reallıq nə yerdədir?
"Yango" taksi şirkətinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şirkət hava limanı ərazisində fəaliyyətini davam etdirir.
Məlumatda qeyd olunub ki, "Yango" şirkəti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisindən daşımalar həyata keçirilən zaman məsafəyə uyğun qiymət hesablanır:
"Aeroportdan daşımalar 5 AZN-dən başlayır. Ümumilikdə 3-25 km-ə qədər hər kilometrə görə 0.80 AZN, 26 və daha artıq kilometrə görə isə 0.70 AZN hesablanır. Məsələn, hava limanından hökumət evinə səfər sərnişinə 23 AZN-ə başa gələcək.
Sərnişinlər hər hansı uyğunsuzluq görərsə, "Yango" şirkətinin tətbiqinə məlumat verə bilərlər. Eyni zamanda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin "141" Çağrı Mərkəzinə də müraciət etmək mümkündür".
Məhərrəm Əliyev
Seçilən
12
1
oxu.az

2Mənbələr