"İnter"in sabiq futbolçusu, son olaraq "Monza"nın formasını geyinən Roberto Qalyardininin yeni klubu müəyyənləşib.
QOL.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Verona"ya keçib.
Bu barədə klubun saytı məlumat yayıb. Qalyardini ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Qlayardini 2017-2023-cü illərdə "İnter"də oynayıb. O, 2017-2020-ci illərdə İtaliya millisində də çıxış edib.