AZ

Fransalı siyasətçi: Makron dərhal impiçment edilməlidir

BAKI, 12 sentyabr. TELEQRAF

“Fransa Prezidenti Emmanuel Makron dərhal impiçment edilməlidir”.

Teleqraf xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının sədri Florian Filippo deyib.

“Makron Rusiyaya qarşı istifadə etmək üçün döyüş təyyarələri göndərəcək. O, müharibə istəyir. Mən dərhal impiçment tələb edirəm”, - siyasətçi deyib.

Qeyd edək ki, bundan əvvəl Makron Rusiyanın Polşaya hava hücumundan sonra Fransanın bu ölkədə üç “Rafale” qırıcısı yerləşdirməyi və NATO müttəfiqləri ilə birlikdə Avropanın şərq cinahını müdafiə etmək qərarı verdiyini açıqlamışdı.

Seçilən
34
teleqraf.com

1Mənbələr