BAKI, 12 sentyabr. TELEQRAF
Ermənistan “Qərb-2025” hərbi təlimlərində iştirak etmir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.
Qeyd edək ki, Belarus və Rusiya arasında keçirilən “Qərb-2025” hərbi təlimlərinə KTMT, ŞƏT və digər tərəfdaş dövlətlərin Silahlı Qüvvələri dəvət olunub.