AZ

“Əmrullayevin kadr siyasəti təhsil sistemini məhv edir” Ekspert

Tribuna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan təhsili o qədər xaotik idarə olunur ki, burada nəyin nə vaxt baş verə biləcəyini Emin Əmrullayevdən başqa heç kim bilmir. Sonuncu dəfə məktəb direktoru imtahanı keçən il, 2024-cü ilin dekabrında keçirilmişdi. O da yalnız şagird sayı 500-dən çox olan məktəblər üçün idi. Emin Əmrullayev zərrə qədər təhsildən anlayışı olan nazir olsaydı, bazar gözü ilə təhsilə baxmazdı.

Bu sözləri Tribunainfo.az təhsil üzrə ekspert Elşən Qafarov bildirib. O qeyd edib ki, nazir məktəbləri uşaq sayına əsasən bölür, ayrıseçkilik edir:

“Yəni məktəbləri necə bölmək olar? Şagird sayı 500-dən yuxarı və 500-dən aşağı olanlar, bir də şagird sayı 150-dən aşağı olanlar. Bu nə bölümdür? Bu hansı məntiqdən danışır? Bu hansı məntiqdir, hansı ölçü vahididir?

Nazir bildirdi ki, məktəb direktorları bundan sonra imtahanla seçilməyəcəklər. Yaxşı, bəs hansı meyarlarla sən məktəb direktorlarını seçəcəksən? Çıxışında bildirir ki, direktor müavinləri arasından seçəcəm. Yaxşı, direktor müavinlərini necə seçəcəksən? Hansı meyarlar əsasında? Bu gün direktor və direktor müavini seçənlərin heç biri bir gün də olsun ümumtəhsil məktəblərində müəllim işləməyib, ümumtəhsil məktəblərinin mühitini tanımır.

Anlayışı olmayan bir sahə üzrə kadr seçirsən və bu kadr seçimində özün də yaxşı görürsən ki, vəziyyət nə qədər bərbaddır. Hansı kriteriyalar üzrə seçirsiz?”.

E. Qafarov ölkədə ən çox məktəb direktorları hazırlayan bir şəxs olaraq bildirib ki, o, illərdir direktorların imtahan yolu ilə seçilməsinin yanlış olduğun deyib:

“Dəfələrlə bildirmişdim ki, bu formatı dayandırmaq lazımdır. Direktor müavinlərinin imtahanını aparmaq lazımdır. Hər bir müavin ən azı 2-3 il müavin işlədikdən sonra onun fəaliyyəti təftiş olunmalıdır və onların arasından direktorlar seçilməlidir. Bu daha düzgün variantdır. Amma bunun qaydaları da hazırlanmalıdır.

Və çox arzulayardım ki, Azərbaycan təhsili qaydalar əsasında idarə olunsun. Emin Əmrullayevin axşamlar dostları ilə yığışıb hansısa bir şeyi müzakirə edib sabah elan etməsi ilə olmamalıdır. WhatsApp üzərindən təyinat olmamalıdır.

Emin Əmrullayevin nə elmdən, nə təhsildən anlayışı yoxdur. Amma ən azı ətrafında olan insanlar təhsil adamları olmalıdır.

Amma biz nə görürük? Emin Əmrullayev şərabçılıq zavodundan, şəkər zavodundan, çay fabrikindən və ayrı-ayrı şirkətlərdən dostlarını, tanışlarını, tələbə yoldaşlarını Təhsil Nazirliyində ən funksional vəzifələrə gətirib. Və təyin olunan məktəb direktorlarının fəaliyyətində çox ciddi qüsurlar var. Ölkənin ümumiyyətlə təhsil sisteminə nəzarət itib. Kim necə istəyir elə göstəriş verir, qaydalar yoxdur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
tribunainfo.az

2Mənbələr