AZ

Azərbaycanda qızıl və gümüş istehsalı artıb

Cari ilin yanvar-avqust aylarında qızıl istehsalı 43,1 faiz artaraq 2113,4 kiloqram təşkil edib.

Doğru.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, sentyabrın 1-i vəziyyətinə hazır qızıl ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 58,8 faiz azalaraq 114,5 kiloqram olub.

Hesabat dövründə gümüş istehsalı 33,2 faiz artaraq 2746,1 kiloqram təşkil edib. Sentyabrın 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,85 faiz azalaraq 577 kiloqram qeydə alınıb.

DOĞRU.AZ

Seçilən
11
3
dogru.az

4Mənbələr