AZ

Böyük Britaniyanın yeni XİN rəhbəri ilk səfərini Ukraynaya etdi: 142 milyon funt yardım elan olundu

Böyük Britaniyanın yeni təyin olunmuş xarici işlər naziri İvett Kuper ilk xarici səfərini Ukraynaya edib.

Musavat.com xəbər verir ki, səfər zamanı Kuper Böyük Britaniyanın Ukraynaya dəstəyinin sarsılmaz olduğunu vurğulayıb.

Böyük Britaniya XİN-in məlumatına görə, nazir açıq şəkildə bəyan edib ki, Ukraynanın Rusiya təcavüzündən müdafiəsi həm Britaniya, həm də bütün Avropanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.

Səfər çərçivəsində Kuper Rusiya hücumu nəticəsində zərər görmüş Ukrayna Nazirlər Kabinetinin binasını da ziyarət edəcək. O, həmçinin Ukraynanın qış mövsümündə və gələn il ərzində dəstəklənməsi üçün 142 milyon funt sterlinq məbləğində yardım paketi ayrıldığını elan edib.

Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr