AZ

Azərbaycan klublarının Avropa reytinqi

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı reytinq siyahısına əsasən Azərbaycan klublarının Avropa təmsilçiləri arasındakı mövqeyi bəlli olub.

Futbolpress.az xəbər verir ki, dünya reytinqində 96-cı pillədə qərarlaşan “Qarabağ” 154,75 xalla Avropada 64-cüdür.

79,25 xalı olan “Sabah” (dünyada 302-ci) 175-ci sırada yer alıb.

“Araz-Naxçıvan” (70,25 xalla dünyada 355-ci) 206-cı, “Zirə” (68 xalla dünyada 380-ci) 224-cü pillədə qərarlaşıb.

506 klubun yer aldığı reytinq cədvəlinə Çempionlar Liqasının son qalibi PSJ (543 xal) başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
2
futbolpress.az

3Mənbələr