AZ

Məktəbəqədər təhsilin əhatəsi 16%-dən 40%-ə çatıb

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə bildirib ki, 2013-cü ildə qəbul olunmuş Təhsilin İnkişafı üzrə Strategiyadan sonra ölkədə müəyyən dəyişikliklər baş verib.

Doğru.az xəbər verir ki, nazir təhsil islahatlarının ardıcıl və uzun proses olduğunu vurğulayıb.

E. Əmrullayev qeyd edib ki, bir çox istiqamətlərdə əsaslı islahatlar aparılıb və xüsusilə məktəbəqədər təhsilin əhatəsinin genişləndirilməsi vacibdir. Nazir bildirib ki, məktəbəqədər təhsilin əhatəsi nə qədər çox olarsa, təhsilin keyfiyyəti bir o qədər yaxşılaşır. Bu baxımdan ölkədə məktəbəqədər təhsilin əhatəsi 16%-dən 40%-ə çatdırılıb.

DOĞRU.AZ

Seçilən
13
dogru.az

1Mənbələr