AZ

Azərbaycan avarçəkənləri III MDB Oyunlarına hazırlaşır

Azərbaycan avarçəkənləri 28 sentyabr – 8 oktyabr tarixlərində ölkəmizin yeddi şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıqlarını davam etdirirlər.

Doğru.az xəbər verir ki, millinin üzvləri artıq hazırlığın həlledici mərhələsindədir.

Kayak və kanoe üzrə yığma komandanın böyük məşqçisi Mirnazim Cavadov bildirib ki, heyət müəyyənləşib və oyunlara qədər idmançılar bir sıra beynəlxalq turnirlərdə iştirak edəcəklər. İki avarçəkən Portuqaliyada gənclər və yeniyetmələr arasında dünya çempionatında çıxış edib. Hazırlıq çərçivəsində Belarusda təlim-məşq toplanışı və Rusiyanın Barnaul şəhərində turnir planlaşdırılıb. Bir neçə idmançı isə Milanda böyüklər arasında dünya çempionatında iştirak edib.

Akademik avarçəkmə üzrə yığmanın baş məşqçisi Vladimir Morozov komandanın intensiv hazırlıq keçdiyini qeyd edib: “Oyunlara hazırlıq hələ 2024-cü ilin sentyabrında başlayıb. 10 perspektivli idmançını Mingəçevir bazasında məşq etdiririk. Azər İlyasov və Cahangir Məmmədli Avstriyada keçirilən beynəlxalq reqatada ikinci yeri tutublar. Əsas ümidlərimiz Nurlan Paşayev, Azər İlyasov və Cahangir Məmmədliyədir”.

Qeyd olunur ki, III MDB Oyunlarında akademik avarçəkmə və kanoe yarışları Mingəçevirdə təşkil olunacaq və Azərbaycan komandası mükafat yerləri uğrunda rəqabət aparmağa hazırdır.

DOĞRU.AZ

Seçilən
10
5
dogru.az

7Mənbələr