AZ

Obez uşaqların sayı artır -UNICEF-dən kritik xəbərdarlıq


Piylənmədən əziyyət çəkən uşaqların sayı Afrikanın bəzi bölgələri istisna olmaqla, dünyanın bütün regionlarında çəkisi az olan uşaqların sayını ötüb.

Medicina.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNICEF) dünya üzrə obez uşaqların sayı ilə bağlı təəccüblü məlumat yayıb.

Məlumata görə, ilk dəfə olaraq kök uşaqların sayı çəkisi az olan uşaqların sayını ötüb.

UNICEF-in 190-dan çox ölkədən toplanmış məlumatlara əsaslanan hesabatına görə, hər 10 məktəb yaşlı uşaqdan 1-i piylənmədən əziyyət çəkir.



Piylənmədən əziyyət çəkən 188 milyon uşaq həyati təhlükəsi olan xəstəliklərə tutulma riski altındadır.

2000-ci ildən bəri 5-19 yaşlı uşaqlar arasında çəki azlığı 13 faizdən 9,2 faizə enib, piylənmə isə 3 faizdən 9,4 faizə yüksəlib.


Uşaqlarda piylənmə dərəcələri Sub-Sahara Afrikası və Cənubi Asiya istisna olmaqla, dünyanın bütün regionlarında çəkidən azlıq dərəcələrini üstələyib.

UNICEF-in icraçı direktoru Catherine Russell, piylənmənin uşaqların sağlamlığına və inkişafına təsir edə biləcək bir narahatlıq olduğunu vurğulayaraq, ultra emal edilmiş qidaların meyvə, tərəvəz və zülalları getdikcə daha çox əvəz etdiyini qeyd edib.

Aygün
Medicina.az


Seçilən
28
1
medicina.az

2Mənbələr