AZ

İtkin şəhid Ayaz Zərbalıyev dəfn edilib

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi – Ayaz Əsgəralı oğlu Zərbalıyev Göyçayda dəfn olunub.
 
Moderator.az xəbər verir ki, əvvəlcə rayonun Potu kəndində vida mərasimi keçirilib.
 
Vida mərasimində şəhidin ailə üzvləri, kənd sakinləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Vida mərasimindən sonra itkin şəhid Göyçay şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
 
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
 
Qeyd edək ki, A. Zərbalıyev 1969-cu ildə Göyçayın Potu kəndində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun Çərəkdar kəndi ərazisində gedən döyüşlərdə itkin düşüb.
Seçilən
33
11
moderator.az

10Mənbələr