AZ

Almaniya: NATO Rusiyanın təxribatına daha sərt cavab verməlidir

Sentyabrın 12-də Bundestaqın müdafiə komitəsinin rəhbəri Tomas Rövekamp Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanını pozmasına münasibət bildirərək NATO-nu təcavüzkara qarşı qətiyyətli mövqe tutmağa çağırıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Spiegel yazıb.

Rövekampın sözlərinə görə, Alyans artıq belə təhlükələri dəf edə bildiyini sübut etsə də, hələ də hava hücumundan müdafiə sahəsində ciddi çətinliklər mövcuddur:

“Xüsusən də mümkün kütləvi hava hücumlarına qarşı NATO sistemləri zəif qalır”.

Bundan əvvəl Almaniya kansleri də bəyan etmişdi ki, Avropada NATO-nun hava hücumundan müdafiə imkanları əhəmiyyətli dərəcədə gücləndirilməlidir. Onun sözlərinə görə, Polşa üzərində Rusiya dronlarının vurulması “lazım olduğu kimi” həyata keçirilməyib.

Rövekamp hesab edir ki, dron təhlükəsinə qarşı ən təsirli yol onların istehsal müəssisələrinin və buraxılış qurğularının məhv edilməsidir. Buna görə də NATO tərəfdaşları Ukraynanı tezliklə daha güclü silahlarla təmin etməlidirlər ki, Kiyev Rusiya ərazisindəki hədəflərə də cavab tədbirləri görə bilsin.

Bundestaq rəsmisi həmçinin qeyd edib ki, Alyans daxilində koordinasiya gücləndirilməli, “təsirə məruz qalan Ukraynanın razılığı ilə NATO ölkələrinin hava məkanını təhdid edən pilotsuz təyyarələr hətta onun ərazisində də zərərsizləşdirilə” bilməlidir.

Xəbər 2 dəfə oxunub.
Seçilən
31
xezernews.az

1Mənbələr