Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan səfirliyi məlumat yayıb.
Armin Laşet bildirib:
"İki ölkənin sülh və münasibətlərin normallaşdırılması yolunu seçməsi müsbət haldır. Bu saziş Sovet İttifaqının dağılmasından sonra davam edən demək olar ki, 40 illik münaqişəyə son qoydu. Ermənistan və Azərbaycan hökumətləri bu addımla region xalqlarının əzablarını bitirmək və daha yaxşı gələcək üçün ümid yaratmaq imkanı qazandı. Saziş bütün Qafqazın sabitləşməsinə xidmət edir və Avropa ilə Mərkəzi Asiya arasında yeni yollar açır. Almaniya prosesi hər iki tərəfdən dəstəkləməyə davam edəcək".
Səfir Viktor Enqibaryan isə Vaşinqtonda əldə olunan razılaşmaların region ölkələri və Avropa İttifaqı üçün faydalı olduğunu vurğulayıb:
"Qaydalar dəyişdi, münaqişə məntiqi yerini hərtərəfli əməkdaşlıq məntiqinə verəcək və bundan hər kəs qazanacaq".
Görüşdə Ermənistan və Almaniya arasında ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub.