AZ

Avtobusdan istifadə edənlərin sayı artdı

Bu ilin yanvar-avqust aylarında avtobusdan istifadə edən sərnişinlərin sayı 1 milyard 154 milyon 140,3 min təşkil edib.

Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% artım deməkdir.

Dövr ərzində taksidən istifadə halları isə cüzi artıb. Belə ki, bu ilin yanvar-avqust aylarında taksidən istifadə edən sərnişinlərin sayı 54 milyon 447,8 min olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,4% artım deməkdir.

Qeyd edək ki, hesabat dövründə avtomobil nəqliyyatı ilə 1 milyard 208 milyon 588,1 min sərnişin daşınıb. Bu da ötən ilə nisbətdə 6% artım deməkdir.

Seçilən
10
3
avtosfer.az

10Mənbələr