Məlum olduğu kimi, bu ilin iyul ayının 1-dən etibarən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edilib.
Yeniavaz.com xəbər verir ki, qadağanın qüvvəyə minməsindən sonra Azərbaycanda nikahların sayı azalıb.
Qeyd edək ki, iyul ayında ölkədə 2 694 nikah bağlanıb. Bu, əvvəlki – iyun ayı ilə müqayisədə təxminən 2 dəfə azdır. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə də nikahların sayı yüksək olub. Belə ki, 2024-cü ilin iyul ayında ölkədə 4 587 nikah bağlanıb.
Bu ilin ilk 7 ayında Azərbaycanda nikahların sayı aylar üzrə aşağıdakı kimi olub:
Yanvar – 4 717 nikahFevral – 3 024 nikahMart – 3 465 nikahAprel – 3 747 nikahMay – 4 830 nikahİyun – 5 032 nikahİyul – 2 694 nikah