AZ

Düzgün seçilməyən məktəbli çantası skolioza səbəb ola bilərmi? - Səhiyyə Nazirliyinin mütəxəssisi valideynləri xəbərdarlıq edir

Bakı. Trend:

Trend SəhiyyəNazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutununtravmatoloq-ortopedi Qədir Kərimovla müsahibəni təqdim edir:

- Yeni tədris ilin açılmasına az qalmış valideynlərimaraqlandıran əsas məsələlərdən biri də çanta seçimidir. Qədirmüəllim, uşaqlar üçün düzgün məktəb çantası necə olmalıdır?

- Bu, çox aktual və vacib bir mövzudur. Təəssüf ki, bu məsələyəbəzən yetərincə ciddi yanaşılmır.

Məktəbli çantası uşağın sağlam inkişafı üçün böyük əhəmiyyətdaşıyır. Uşağın daşıdığı çanta dolu halda onun bədən çəkisinin10-15%-dən artıq olmamalıdır. Yəni, 30 kiloqramlıq bir uşaq üçünmaksimum 3-4 kq normaldır, lakin 5 kq yük təhlükəsiz sayılır. Çantaboş halda yüngül olmalıdır (mümkün qədər 1 kq-dan az).

Eyni zamanda, çantanın ölçüsü uşağın boyuna uyğun olmalıdır.Çanta kürəyin eni qədər və ya bir az dar olmalı, beldən aşağısallanmamalıdır.

Çanta ağır olsa və tək tərəfli çiyin asqısı istifadə edilsə,əzələlər çətinlik çəkəcək, xüsusilə boyun bir tərəfə əyiləcək. Birçiyində daşınan çantalar onurğada sağ və ya sola əyilmələr(skolioz) kimi onurğa problemlərinə səbəb olataq, boyunəzələlərində gərginlik, boyun arxasında ağrı və damar dartılmaları,baş ağrısı yaradacaq.

Ağır və qeyri-düzgün şəkildə kürək çantası daşıyan və pillələriqalxıb-enən uşaqlarda ayaq ağırıları daha çox olur.
Məktəbli çantasının asqı və ya qayışlarının uzun və ensiz olmasıbütün ağırlığın belə yönlənməsinə səbəb olur. Bədənin ağırlıqmərkəzinin arxaya sürüşməsi nəticəsində bel əzələlərində həddindənartıq yükə səbəb olur və ağrı meydana gəlir.

Çantadakı çiyin asqılarının geniş və yumşaq olması çiyində yükünbərabər paylanmasına kömək edir, dar və sərt çiyin asqılarıəzələnin müəyyən nöqtələrinə ağırlığın yüklənməsinə səbəb olacaq.Çiyin qayışları ikitərəfli, enli (ən azı 4–5 sm) və yumşaqolmalıdır. Uzunluğu tənzimlənməli, hər iki çiyinə bərabərpaylanaraq taxılmalıdır.Yalnız bir çiyində daşınan modellər uşaqlarüçün uyğun deyil.

Əgər çiyin asqıları incə, ensiz, uzun və çanta ağır olarsa,sinirlərə təzyiq edəcək. Nəticədə, əl və qola gedən sinirlər zədəalacaqlar.

- Doktor, məktəbli çantalarının düzgün seçilməsi nə dərəcədəvacibdir?

- Məktəbli çantasının düzgün seçilməsi uşağın onurğa sağlamlığıüçün son dərəcə vacibdir. Çünki uşaqlar hər gün uzun müddət onudaşıyır, çantanın forması, çəkisi və quruluşu onların sağlamlığınabirbaşa təsir edir.
Ən vacibi duruş və skelet sağlamlığıdır. Belə ki, ağırlığı düzgünpaylamayan çantalar bel, boyun, kürək əyriliklərinə, həmçininuşaqlarda skolioz, kifoz və lordoz riskinin artmasına səbəb olabilər.

Digər bir səbəb əzələ və oynaqların qorunmasıdır. Ağır və düzgünformalaşmayan çanta çiyin, bel və diz oynaqlarına əlavə yük salır.Bu da, uşaqda tez yorulma, əzələ gərginliyi yaradır.

Qeyd etmək istəyirəm ki, rahat çanta şagirdlərə dərs yüklərinindaşımasını asanlaşdırır. Bu zaman uşaq özünü daha rahat və güvənlihiss edir, dərsə həvəslə gedir.

Səhv çanta seçimi illərlə davam edən xroniki bel və boyunağrılarına səbəb ola bilər. Hətta gələcəkdə onurğa problemlərinəgörə müalicə zərurəti yarana bilər. Yəni, məktəbli çantasınındüzgün seçilməsi təkcə rahatlıq üçün yox, uşağın ümumi sağlaminkişafı üçün həyati dərəcədə vacibdir.

Uşaqların skelet sistemi inkişaf mərhələsində olduğu üçün ağır,düzgün seçilməmiş və ya ortopedik dəstək verməyən çantalar skolioz,kifoz, onurğa əyrilikləri və duruş pozuntuları kimi ciddi ortopedikproblemlərə səbəb ola bilər.

Düzgün seçilmiş çanta onurğaya bərabər yük yayılmasını təminedir, çiyin, boyun və bel ağrılarının qarşısını alır.

Çantanın yüngül, ortopedik arxa dayaqlı və tənzimlənən iki çiyinqayışı olmalıdır. Belə olduğu təqdirdə, uşaq çantanı düzgün vəsağlam şəkildə daşıya bilir.

Düzgün seçilməmiş çanta uşağın onurğasında əyriliklərə, çiyin vəbel ağrılarına, duruş pozğunluğuna səbəb ola bilər. Uşaqlarda sümükvə əzələ sistemi inkişaf mərhələsində olduğu üçün çantanın çəkisivə forması ciddi rol oynayır.

- Bu məsələdə valideynlər öz övladlarına necə kömək göstərəbilərlər?

- Bu problemin həllində valideynlərin rolu əvəzsizdir. Onlaruşağın çantasını gündəlik yoxlamalı, artıq əşyalarıçıxarmalıdırlar. Həmçinin, uşağa çantanı iki çiyində və düz duraraqdaşımağı öyrətməli, düzgün duruş üçün sadə ev məşqləri və çantanıniç çəkisinə müntəzəm nəzarət etməlidirlər.

Eyni zamanda, ortopedik ayaqqabılar və idmanla uşağınəzələlərini gücləndirməlidirlər. Bundan əlavə, masa arxasında duruşqaydalarına əməl etməli və mütəmadi olaraq ortopedik müayinəyəaparmaqları tövsiyə olunur.

Əgər uşaq çanta daşıdıqdan sonra bel, boyun və ya çiyinağrısından şikayət edirsə, duruşda əyilmə, bir çiynin digərindənyuxarı olması müşahidə olunursa, habelə tez-tez yorulduğunudeyirsə, gedişində axsama, tarazlıq problemi və ya bel nahiyəsindəasimmetriya varsa, bu, artıq yük və ya yanlış çanta istifadəsinəişarədir. Bu zaman travmatoloqa və ya ortopedə müraciətedilməlidir.

Sonda qeyd etmək istəyirəm ki, valideynlər çanta seçimini zövqəgörə deyil, sağlamlığa görə etməlidirlər. Uşaq çantasını rahatdaşımalı və heç bir narahatlıq hiss etməməlidir.

Çanta sağlam gələcəyin vacib detallarındandır. Valideynləruşaqların çantasını nə qədər diqqətlə seçər, yüklənməsinə nəzarətedər və düzgün daşıma vərdişlərini aşılayarsa, bir o qədərgələcəkdə travmatoloji və ortopedik fəsadların qarşısını alabilər.

Seçilən
3
14
az.trend.az

10Mənbələr