AZ

Ukrayna PUA-ları Rusiyaya kütləvi hücum edib

Sentyabrın 12-nə keçən gecə Ukraynanın 30-dan çox pilotsuz uçan aparatı (PUA) Rusiyanın Leninqrad vilayətinə hücum edib.

Modern.az xəbər verir ki, bunu regionun qubernatoru Aleksandr Drozdenko Rusiya KİV-nə bildirib. Ukrayna PUA-ları ölkənin ən böyük neft limanı Primorskı vurub.
Limandakı gəmilərdən biri, nasos stansiyas yanıb.

Primorsk limanı Leninqrad vilayətinin Vıborq rayonunda, eyniadlı şəhərdən 5 km cənub-şərqdə yerləşir. Bura Baltik boru kəməri sisteminin son nöqtəsidir. Onun vasitəsilə xam neft və dizel yanacağı ixrac olunur. Liman ərazisində hər birinin tutumu 50 min ton olan 18 neft saxlama çəni, o cümlədən yüngül neft məhsullarının saxlanması üçün çənlər və bir neçə qəza boşaltma çənləri mövcuddur. Liman dedveyti 150 min tona qədər olan tankerlərə xidmət göstərmək üçün nəzərdə tutulub. Primorskın yük dövriyyəsi ildə təxminən 58 milyon ton təşkil edir.

Ukraynanın dronların Leninqrad vilayətinə basqını səbəbindən Pulkovo hava limanı təyyarələrin qəbulu və yola salınmasının dayandırılmasını nəzərdə tutan “Xalça” planını tətbiq edib. Nəticədə 28 reys gecikib, 13-ü ləğv edilib, 11 təyyarə isə alternativ aerodromlara göndərilib. Həmçinin, ötən gecə İvanovo, Pskov, Yaroslavl və Kaluqa hava limanlarının işi dayandırılıb, Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin hesabatına görə, ümumilikdə bir gecədə Rusiya ərazisi üzərində 221 pilotsuz uçuş aparatı vurularaq ələ keçirilib. Dronların əksəriyyəti Bryansk vilayəti üzərində məhv edilib — 85. Regionun qubernatoru Aleksandr Boqomazın sözlərinə görə, pilotsuz təyyarələrdən biri sərnişin mikroavtobusuna çırpılıb, nəticədə 5 nəfər yaralanıb. Həmçinin Smolensk vilayəti üzərində 42, Leninqrad vilayəti üzərində 28, Kaluqa vilayəti üzərində 18, Novqorod vilayəti üzərində 14, Moskva vilayəti üzərində 9, Orel vilayəti üzərində 9 pilotsuz təyyarə vurulub. Bundan başqa, Belqorod, Rostov, Tver, Pskov, Tula və Kursk vilayətləri də hücuma məruz qalıb.

Bu, son üç ay yarımda belə miqyasda ilk hücumdur.

Seçilən
29
modern.az

1Mənbələr