AZ

Bütün məktəblərdə şagird davranış qaydaları tətbiq ediləcək

BAKI, 12 sentyabr. TELEQRAF

“Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqində nail olacağıq”.

Teleqraf xəbər verir ki, bu sözləriMÜTDA-nın direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlamasındadeyib.

"Bizim şagird davranış qaydaları var. Həmin qaydalar 300 ümumtəhsil müəssisəsində tətbiq edilir. Bu qaydalara əsasən şagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməz"-o əlavə edib.

E.Bağırovun sözlərinə görə, bu qaydaların ölkənin digər məktəblərini, bütün ölkə coğrafiyasını əhatə etməsi üçün tamamlama işləri görülüb, son razılaşdırmalar edilib.

Seçilən
69
1
teleqraf.com

4Mənbələr