AZ

Bu insanlardan uzaq durun! - Nura Suri səbəbini izah etdi

Müğənni Nura Suri insanların yaxşı və ya pis olması haqqında status paylaşıb.

Yenisabah.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

İfaçı bildirib ki, sizi narahat edən insanlardan uzaq durun: Dördpendirli pizza

"Bir insan haqqında heç vaxt “yaxşıdır” və ya “pisdir” demək düzgün deyil. Çünki insan hamıya eyni münasibəti göstərə bilməz. Siz həmin insanda hansı hissləri oyadırsınızsa, o, sizə qarşı yaxşı və ya pis ola bilir. Münasibətdə insanın həmin anda hormonları və əhvalı da rol oynayır; buna görə sizə qarşı xoş və ya aqressiv ola bilir. Əgər düşünürsünüz ki, insan hamıya yaxşıdır, amma sizə qarşı səbəbsiz aqressivdir, deməli sizdə olan hər hansısa bir xüsusiyyət ona başqa birini (sevmədiyi birini) xatırladır və bu, şüuraltı olaraq sizə qarşı pis münasibət yaradır. Bəzən isə bu davranış paxıllıqdan da qaynaqlana bilər. Paxıllığın kökündə isə sevgi dayanır. İnsan sevmədiyi və bəyənmədiyi heç nəyə, heç kimə paxıllıq edə bilməz. İnsanları çox da ciddiyə almayın. Sizi narahat edən insanlardan uzaq durun və onlara nifrət bəsləməyin. Özünüzü əz­dirməyin və sizə hörmət etməyən insanlardan uzaq durun və unutun".

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
8
yenisabah.az

1Mənbələr