AZ

XİN rəhbəri: Rusiyanın Polşaya dron hücumları məqsədli olub

Rusiyanın Polşa ərazisinə pilotsuz uçuş aparatları ilə etdiyi son hücumlar təsadüfi olmayıb, bu məqsədli şəkildə edilib.

APA xəbər verir ki, bu bəyanatı Ukraynada səfərdə olan Polşanın xarici işlər naziri Radoslav Sikorski Kiyevdəki Polşa səfirliyinin qarşısında çıxış edərəkən verib.

“Həmin gecə Polşaya 19 rus dronu göndərilən zaman, Ukraynaya 400-dən çox raket və əlavə 40 dron buraxılmışdı. Bu, səhv deyildi”, - nazir qeyd edib.

Qeyd edək ki, Ukrayna tərəfi rus teleqram kanallarına istinadən dronların Polşaya NATO-nun özünü müdafiə qabiliyyətinin zəifliyini göstərmək üçün göndərildiyini bildirir.

Seçilən
37
2
apa.az

3Mənbələr