AZ

Deputat: “Ermənilər qonşuları ilə düşmənçilik səhifəsini bağlamalıdır”

ain.az, Tribuna portalına istinadən məlumat verir.

 “İndi bizim qonşularımızla ünsiyyət qurmaq, ticarət etmək imkanımız var”.

Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanda hakim partiya olan Mülki Müqavilə Partiyasından deputat Vahe Qulumyan deyib.

Onun sözlərinə görə, ermənilər düşmənçilik səhifəsini bağlamalıdırlar. “Biz qonşularımızla düşmənçilik səhifəsini bağlamalı və ünsiyyətə başlamalıyıq”.

Qulumyan onu da deyib ki, hazırda təhlükəsizlik baxımından heç nəyə zəmanət verilmir, problemlər olacaq və bu problemləri həll etmək lazımdır. “Amma ən yaxşı həll yolu yolların açılması ilə getmək və nəhayət, Azərbaycanla müqavilə imzalamaqdır”.

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
tribunainfo.az

2Mənbələr