AZ

FTB Çarli Kirkin qatilinin qaçış videosunu YAYDI

FTB Çarli Kirk-in qətli ilə bağlı silahlının qaçış videosunu yayıb.

İnterpress.az xəbər verir ki, Utah Valley Universitetində sağçı aktivist Çarli Kirki öldürən silahlının qaçış anı görüntülənib.

O, damdan tullanaraq silahını atıb və meşəyə qaçıb.

Hadisə yerində barmaq izi və DNT tapılıb. FTB şübhəlini axtarır, onun tutulmasına kömək edəcək şəxslərə 100 min dollar mükafat təklif olunub.

İlk sutkada vətəndaşlardan 7 mindən çox məlumat daxil olub.

FTB xəbərdarlıq edib: “Qatil ictimaiyyət üçün böyük təhlükə daşıyır”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
1
interpress.az

2Mənbələr