AZ

RUSİYADA HƏYƏCANLI GECƏ Yüzlərlə dron hücum etdi, Peterburq hava limanı iflic oldu

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya Müdafiə Nazirliyi (MN) iddia edir ki, sentyabrın 12-nə keçən gecə hava hücumundan müdafiə qüvvələri 221 ədəd ukraynalı pilotsuz uçuş aparatını (PUA) vurub. Rəsmi məlumata görə, dronlar eyni vaxtda 12 vilayət üzərində zərərsizləşdirilib. Ən çox hücum Bryansk (85), Smolensk (42), Leninqrad (28), Kaluga (18) və Novqorod (14) bölgələrinə yönəlib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, şəhərdə dron hücumu nəticəsində bir qadın həlak olub. Yeddi çoxmənzilli binada səkkiz mənzil, iki fərdi ev, 18 avtomobil, üç kommersiya və iki sosial obyekt zədələnib.

Smolensk vilayətinin rəhbəri Vasili Anoxin isə bütün dronların vurulduğunu, xəsarət alan və dağıntı olmadığını açıqlayıb. Bununla belə, sosial şəbəkələrdə “Lukoyl” şirkətinə məxsus neft bazasında yanğın görüntüləri yayılıb.

Dron hücumları Sankt-Peterburqda da ciddi fəsadlara səbəb olub. Pulkovo hava limanında 28 reys gecikdirilib, 13 reys ləğv edilib, 11 təyyarə ehtiyat hava limanlarına yönləndirilib. Leninqrad vilayətində müvəqqəti olaraq mobil internet kəsilib. Qubernator Aleksandr Drozdenko “30-dan çox PUA-nın vurulduğunu” desə də, Müdafiə Nazirliyi rəsmi hesabatda yalnız 28 drondan bəhs edib.

Həmçinin, təhlükəsizlik məqsədilə “Kovyor” planı tətbiq olunub. Nəticədə, Misirdən Sankt-Peterburqa uçan rusiyalı turistləri daşıyan təyyarə Estoniyanın Tallin hava limanına eniş edib. Bu məlumatı hava limanının kommunikasiya rəhbəri Marqot Holts təsdiqləyib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
azpolitika.info

1Mənbələr