AZ

“Tramp yolu”nda gömrük xidməti OLACAQ

“Ermənistanın ölkənin cənubunda yerləşən Sünik (Zəngəzur) rayonunda “Tramp yolu”nda gömrük xidməti fəaliyyət göstərəcək”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu sentyabrın 12-də Milli Assambleyanın iclasında Dövlət Gəlirləri Komitəsinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyanın sualını cavablandıran Dövlət Gəlirlər Komitəsinin rəhbəri Eduard Akopyan deyib.

Deputat bu yol qovşağının necə olacağı, gömrük xidmətinin ora cəlb olunub-olunmayacağı ilə bağlı müzakirələrlə, bu xidmətin iş formatı ilə də maraqlanıb.

Cavabında Dövlət Gəlirləri Komitəsinin rəhbəri bildirib ki, detallar hələ də müzakirə olunur.

"Buna baxmayaraq, bizim ümumi gömrük siyasətimiz total xarakter daşıyır. Biz bütün sərhədlərimizdə islahatlar aparırıq", - Akopyan bildirib.

Seçilən
36
4
cebheinfo.az

5Mənbələr