AZ

15 sentyabrda metroda vəziyyət necə olacaq?

Baku.ws saytına istinadən ain.az xəbər verir.

"Hər saat ərzində dövrəyə 4 qatarın girməsi və hər qatarın 1600 sərnişin götürməsi sıxlıq problemini həll edəcək. Bu platformalarda sərnişin sıxlığının azalmasına gətirib çıxaracaq".

Bu sözləri BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliteni"nin sədrinin müşaviri Emil Əhmədov bildirib.

O qeyd edib ki, tədris mövsümü başlayan zamanı günün müəyyən saatlarında əlavə reyslər vasitəsi ilə sıxlıq aradan qaldırılacaq:

"Əsas məqasədimiz odur ki, 15 sentyabr tədris ilin başlaması zamanı sıxlığı aradan qaldıraq. Bizim mövcud infrasturukturda qatarların sayını artırmaq imkanı olmadığına görə, istisna hallar kimi günorta və səhər saatlarında sıxlığın daha çox müşahidə edildiyi stansiyalara əlavə reyslər buraxa bilərik. Bu bu il tətbiq olunacaq. Metronun günorta saatlarında 28 may, səhər saatlarında Koroğlu, günorta saatlarında Elmlər Akademiyası stansiyasına əlavə resylər buraxaraq sıxlıq aradan qalxacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
baku.ws

2Mənbələr