AZ

Dövlət büdcəsində səhiyyə xərcləri əvvəlki göstəriciyə nisbətən ixtisar olunub

Finss.az – 2025-ci il dövlət büdcəsində səhiyyə xərcləri əvvəlki təsdiq olunmuş göstəriciyə nisbətən azaldılıb.

Təsdiq olunmuş 1 993,6 milyon manata qarşı, səhiyyə üçün ayrılan vəsait 1 969,7 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu, 23,9 milyon manat və ya 1,2% azalma deməkdir.

Maliyyə Nazirliyinin məlumatına görə, bu dəyişiklik dövlət büdcəsinin xərclərində ümumi ixtisarlar çərçivəsində həyata keçirilir. Səhiyyə xərcləri əsasən xəstəxanaların saxlanması, tibb mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsi, tibbi tədqiqatlar və digər tibbi xidmətlərə yönəldiləcək.

Seçilən
22
1
fins.az

2Mənbələr