AZ

Deputat seçicilərin hansı problemini həll etdi- ÖZƏL

Milli Məclisin deputatı Vüqar Bayramov seçicilərlə görüş keçirilib. Olaylar xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib:

"Növbəti görüşümüz Füzuli rayon Horadiz şəhərində qəbul üçün müraciət edən sakinlərimiz ilə oldu. Görüş zamanı seçicilərimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik. 

Həmyerlilərimizin müraciətləri mənzil təminatı, əlillik dərəcəsinin alınması, məşğulluq, iş yerini dəyişmək, sahibkarlıq fəaliyyəti, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi. 

Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq".

Millət vəkili onu da bildirib ki, seçicilərlə növbəti görüş 
Horadiz şəhərində təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
34
olaylar.az

1Mənbələr