AZ

Orta Dəhlizin inkişafı orta səviyyəli fiskal təsir göstərəcək — Moody’s

Bakı. Trend:

Orta Dəhlizin inkişafı əlavə büdcə xərclərini tələb edəcək,lakin fiskal intizam təcrübəsi və analoji ölkələrlə müqayisədə dahaaşağı borc yükü hesabına müəyyən fiskal potensialın mövcudluğu“Moody’s”ə orta səviyyəli fiskal nəticələri proqnozlaşdırmağa imkanverir.

Trend bu barədəagentliyə istinadən xəbər verir.

“Uzunmüddətli perspektivdə iqtisadi gözləntilərin yaxşılaşmasıvə diversifikasiya təsirləri daha geniş gəlir bazasını dəstəkləyə,eyni zamanda büdcənin şoklara qarşı dayanıqlığını artıra bilər”, -“Moody’s”in son hesabatında qeyd olunur.

Reytinq agentliyinin analitikləri vurğulayırlar ki, Orta Dəhlizboyunca yerləşən əsas iqtisadiyyatlar – Azərbaycan, Gürcüstan vəQazaxıstan, infrastrukturun müasirləşdirilməsi üçün tələb olunanmühüm resurslara malik olmalarına baxmayaraq, fiskal dayanıqlığıqoruyub saxlayıblar.

“Dövlət müəssisələri- ilk növbədə dəmir yolu şirkətləri,xərclərin mühüm bir hissəsini daşıyır. Ayrı-ayrı layihələrbeynəlxalq institutlar tərəfindən güzəştli şərtlərləmaliyyələşdirilib ki, bu da xərcləri azaldıb. Həmin dövlətmüəssisələri həm birbaşa büdcə vəsaitləri, həm də subsidiyalaralır. Belə ki, Qazaxıstanın nəqliyyat və rabitəyə çəkdiyi xərclər2022–2024-cü illərdə illik orta hesabla 29 faiz artıb, halbukiəvvəlki onillikdə bu göstərici təxminən 9 faiz idi. AzərbaycanınDövlət Statistika Komitəsinin məlumatları göstərir ki, 2021–2023-cüillərdə nəqliyyat və anbar təsərrüfatı sektoruna dövlətin əsaskapital qoyuluşları illik ifadədə 38 faiz artıb, halbuki əvvəlki onildə onların ümumi kapital qoyuluşlarında payı orta hesabla cəmi 1faiz təşkil edib”,- deyə hesabatda qeyd olunur.

“Moody’s” həmçinin vurğulayır ki, bu xərclərə baxmayaraq, ümumifiskal dinamika sabit olaraq qalır.

“Hər üç dövlət pandemiya dövründə xərclərin kəskin artımındansonra əhəmiyyətli fiskal konsolidasiyaya nail olub. Büdcə kəsirləriantikrizis tədbirlərinin azaldılması və fiskal intizama riayətolunması fonunda güclü iqtisadi artım hesabına azalıb. Azərbaycandayüksək neft qiymətləri son üç ildə əhəmiyyətli profisitlərinformalaşmasına şərait yaradıb. Qeyri-neft gəlirlərinin sürətliartımı da neft nəzərə alınmadan ilkin balansın azalmasına köməkedir, bu isə iqtisadiyyatın şaxələnməsini və neft qiymətlərindəkidəyişikliklərə davamlılığını göstərir. Güzəştli maliyyələşdirməyəçıxış da xarici borcun əlçatan səviyyədə saxlanmasına imkan yaradıbvə həssaslığı azaldıb”,- sənəddə bildirilir.

Məqalədə:
Seçilən
26
az.trend.az

1Mənbələr