AZ

Litvanın XİN rəhbəri: ABŞ Minskə qarşı sanksiyaların ləğvini tələb etmir - ÖZƏL

Vaşinqton Litvanın Belarusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlərin ləğvini istəmir. Olaylar.az xəbər verir ki, bu barədə Baltikyanı ölkənin xarici işlər naziri Kestutis Budris açıqlama verib. "Əminliklə deyə bilərəm ki, bu məsələ gündəmdə deyil. Tətbiq edilən sanksiyalar uzadılacaq. Onların tətbiq olunma səbəbləri aradan qaldırılmayınca, bu barədə debat olmayacaq", - deyə nazir Delfi portalına bildirib. ABŞ prezidentinin nümayəndəsi Con Koulun Belarus lideri Aleksandr Lukaşenko ilə görüşünü şərh edən Budris vurğulayıb ki, belə danışıqlara skeptik yanaşır və bunun Litvanın mövqeyini dəyişməyə məcbur etmədiyini qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın emissarı Minskdə keçirilən görüşdə Vaşinqtonun Belarusiyada səfirliyini bərpa etmək istədiyini açıqlamışdı. Bundan əlavə, "Belavia" aviaşirkətinə qarşı sanksiyalar aradan qaldırılıb və danışıqlar nəticəsində Belarusiyada 52 məhbus azadlığa buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
38
olaylar.az

1Mənbələr