AZ

900-dən çox pedaqoji heyət bağçalara işə qəbul edilib

Məktəbəqədər təhsil müəssisələrinə indiyədək keçirilən müsabiqələr nəticəsində 900-dən çox pedaqoji heyət işə qəbul olunub.

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, ötən il məktəbəqədər təhsil müəssisələrində 11 mindən çox təhsilverənlərin diaqnostik qiymətləndirilməsi aparılıb.

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

Seçilən
35
2
bizim.media

3Mənbələr