AZ

Qırğızıstanda Cəlal-Abad şəhəri Manas adlandırıldı

Qırğızıstanın Joqorku Keneşi üç oxunuşda Cəlal-Abad şəhərinin adının Manas adlandırılması haqqında qanunu qəbul edib. Bu barədə parlamentin saytında məlumat verilib.

Deputatlar bu qanun layihəsini üç oxunuşda təsdiqləyiblər. İştirak edən 86 deputatdan 80-i “lehinə”, qalanları səs verməyib.

Qanuna verilən izahatda bildirilir ki, şəhərin adının dəyişdirilməsinə əsas kimi “şəhər sakinlərinin müraciəti” göstərilib. Məlumata görə, müvafiq qərar yerli sakinlərin iclaslarında qəbul edilib, daha sonra Cəlal-Abad şəhər sovetinin deputatları tərəfindən təsdiq edilib.

“Qanun layihəsi milli ideologiyanın gücləndirilməsinə, Cəlal-Abad şəhərinə dahi Manasın – tarixi şəxsiyyət, milli qəhrəman, qırğız xalqının müxtəlif işğallardan müdafiəçisi adının verilməsinə yönəlib”, - deyə qanun layihəsinin təşəbbüskarları bildiriblər.

Şəhər daha əvvəl 2025-ci il üçün “Türk dünyasının turizm paytaxtı” elan edilib.

Almaz Həsənli

Seçilən
20
1
oxumeni.az

2Mənbələr