Şəhər restoranlarından birində keçirilən məclis dini səbəblər əsas gətirilərək iki hissəyə ayrılıb. Bir hissədə bəylər, digər hissədə xanımlar olub. Nə qadınların yığıldığı məclisdə, nə də kişi məclisində musiqiçilər olub.
Xanımların olduğu zalda Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar akapella ifalarla kifayətləniblər. Bundan başqa, gecədə Əməkdar artist Sevda Ələkbərzadə səhnə alıb.
Məclisin aparıcısı Leyla Quliyeva olub.
Qeyd edək ki, Q.Qurbanov ötən ilin noyabrında "Qoçət" restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovla qohum olub. / olay.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31