AZ

Britaniya Ukraynaya 142 milyon funt-sterlinq yardım edəcək

Britaniya Xarici İşlər Nazirliyi qış dövründə Ukraynanın infrastrukturuna dəstək üçün 142 milyon funt sterlinq (təxminən 193 milyon dollar) ayrıldığını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə ölkə hökumətinin press-relizində deyilir.

Məlumata görə, 100 milyon funt-sterlinq cəbhəyanı ərazilərdə mülki şəxslərə həyati əhəmiyyət kəsb edən humanitar yardıma,  həmçinin su və istilik sistemlərinin təmirinə ayrılacaq.

Daha 42 milyon funt-sterlinq isə qış ərəfəsində elektrik şəbəkələrinin, qaz və enerji infrastrukturunun təmirinə xərclənəcək.

 

Seçilən
41
operativmedia.az

1Mənbələr